İspaniyaya miqrant axınının səbəbləri - Açıqlandı

İspaniyaya miqrant axınının səbəbləri - Açıqlandı
Dünya 03 Avqust 2026 - 10:21

Son günlər Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrasiyanın kəskin artmasının səbəbləri açıqlanıb. 

Zekainfo.az “Hespress” nəşrinə istinadən xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi hazırda dünyanın gündəmində olan bu məsələ ilə bağlı bəyanat yayıb. 

Bildirilib ki, miqrant axını bir neçə səbəbdən baş verib.

Krallığın hakimiyyət orqanları hesab edir ki, əsas amillər sosial şəbəkələrdə yalan məlumatların yayılması və insan alveri ilə məşğul olan qruplaşmaların fəaliyyəti olub. Daha bir səbəb isə İspaniyada məhkəmə qərarlarının yanlış təfsir edilməsidir.

Mərakeş DİN-in məlumatına görə, məhkəmə qərarlarının yanlış şərhi miqrantlarda Avropaya çatmağın asanlaşdığı təəssüratı yaradıb. Bu, həmçinin insanlarda sərhədin qanunsuz keçilməsinin minimal hüquqi nəticələrə səbəb olacağı barədə yanlış fikir yaradıb. 

Nazirlik təxminən 40 min nəfərin Seuta ərazisinə, təxminən 1135 nəfərin isə Melilya ərazisinə keçməyə cəhd etdiyini açıqlayıb. Melilya anklavına daxil olmağa nail olmuş bütün şəxslərin geri qayıtdığı bildirilir. 

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib. İspaniya ərazisinə keçməyə çalışarkən 90 nəfərin həlak olduğu bildirilir. Daha 1149 miqranta isə tibbi yardım göstərilib. Avqustun 1-nə olan məlumata görə, miqrantlardan təxminən 69 min 500 nəfəri Mərakeş ərazisinə geri dönüb.

reklamlar

Digər xəbərlər