Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı

Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
Dünya 03 Avqust 2026 - 11:10

Yerusəlim dairə məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorçuların saxlanıldığı həbsxanaların mühafizəsi üçün timsahlardan istifadə etməyi qadağan edib. 

Zekainfo.az xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb. 

Bildirilir ki, bu qərar yerli heyvan hüquqlarının müdafiəsi təşkilatının məhkumların qaçmasının qarşısını almaq üçün həbsxanaların ətrafında timsahların yerləşdirilməsinə qarşı məhkəmə iddiası çərçivəsində qəbul edilib. İddiaçılar “Ktsiot” həbsxanasının ətrafında xəndək qazılması da daxil olmaqla, hazırlıq işlərinə başlanıldığını bildiriblər. 

İddia olunur ki, timsahların həbsxanaların mühafizəsinə cəlb edilməsi barədə qərar səlahiyyət hədlərinin aşılması ilə, həmçinin heyvanlar, insanlar və ətraf mühit üçün mümkün təhlükə barədə xəbərdarlıq edən mütəxəssislərin rəyinə zidd olaraq qəbul edilib. Dövlət hələlik işin mahiyyəti üzrə öz mövqeyini açıqlamayıb. 

Milli təhlükəsizlik naziri Ben-Qvir isə öz növbəsində bu qərarı qəbul edən hakimləri “terrorçuların tərəfinə keçməkdə” ittiham edib.

Qeyd edək ki, ilkin olaraq bu pilot layihəni “Ktsiot” həbsxanasında tətbiq etmək planlaşdırılıb, lakin ölkənin Təbiət və Parklar İdarəsi bu ideyaya qarşı çıxaraq bildirib ki, qanunvericiliyə əsasən, vəhşi heyvanlar yalnız təhsil, tədqiqat və ya məlumatlandırma məqsədilə saxlanıla bilər. Bundan sonra ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının “yetişdirilən vəhşi heyvanlar” kimi təsnif edilməsi ilə bağlı qərar qəbul edib.

reklamlar

Digər xəbərlər