Şəmkirdə 15 gün qaz olmayacaq

Şəmkirdə 15 gün qaz olmayacaq
Cəmiyyət 04 Avqust 2026 - 10:17

Şəmkir rayonunun bir sıra yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Milli.Az-ın əldə etdiyi məlumata görə, 1200/1020 mm-lik "Qazıməmməd-Qazax 2-ci xətt" və 1020 mm-lik "Qazax-Saquramo" magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kameraya qoşulması ilə əlaqədar avqustun 5-dən 20-i işlər başa çatanadək Şəmkir rayonunun Kür və Bayramlı QPS qaz təchizatı dayandırılacaq.

Qazın verilişi Kür qəsəbəsi, S.Vurğun, Mahmudlu, Plankənd, Xuluf, Qapanlı, Yeniabad və Bayramlı kəndlərində dayandırılacaq.

reklamlar

Digər xəbərlər