Polis qanunsuz saxlanılan avtomat və patronlar aşkarladı

Polis qanunsuz saxlanılan avtomat və patronlar aşkarladı
Hadisə 04 Avqust 2026 - 11:10

Avqustun 3-də polis əməkdaşları tərəfindən paytaxtda və ölkənin müxtəlif rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Zekainfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 1 ədəd avtomat silah, 1 patron darağı və 30 ədəd patron götürülüb.

Bildirilib ki, DİN tərəfindən qanunsuz dövriyyədə olan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

reklamlar

Digər xəbərlər