ABŞ-də silahlı hücum - Çox sayda ölən var

ABŞ-də silahlı hücum - Çox sayda ölən var
Dünya 06 Avqust 2026 - 09:30

ABŞ-nin Şimali Karolina ştatında baş verən silahlı hücum nəticəsində çox sayda insanın öldüyü və yaralandığı bildirilib.

Zekainfo.az xəbər verir ki, bu barədə Şimali Karolina Dövlət Təhqiqat Bürosu məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında ştatın şimalında yerləşən Kasvell dairəsinin Prospekt Hill bölgəsində baş verib.

Qurumun sosial media hesabında yayımlanan açıqlamada hadisə yerində bir neçə şəxsin güllələndiyi, ölən və yaralananların olduğu qeyd edilib.

Kasvell dairəsi Şerif İdarəsinin istintaqla bağlı dövlət qurumlarından dəstək istədiyi bildirilib.

Hadisə ilə əlaqədar genişmiqyaslı araşdırma başladılıb.

reklamlar

Digər xəbərlər