Trampı daşıyan helikopter toqquşma riski ilə üzləşdi

Trampı daşıyan helikopter toqquşma riski ilə üzləşdi
Dünya 06 Avqust 2026 - 09:51

ABŞ Prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri Vaşinqton üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.

Zekainfo.az xəbər verir ki, insident Trampın olduğu helikopter Ağ Ev ərazisindən havaya qalxarkən qeydə alınıb.

ABŞ mediasının yazdığına görə, “Marine One” ekipajı qalxışdan əvvəl Ronald Reyqan Hava Limanının dispetçer qülləsi ilə üç dəfə əlaqə saxlamağa çalışıb. Lakin radio rabitəsində yaranan nasazlıq səbəbindən dispetçer bu xəbərdarlıqları qəbul etməyib.

Bundan sonra prezident helikopteri marşrutunu davam etdirərkən hava limanından eyni vaxtda havaya qalxan sərnişin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

İlkin məlumatlara əsasən, iki hava gəmisi arasındakı məsafə üfüqi istiqamətdə təxminən 1,3 kilometrə, şaquli istiqamətdə isə 210 metrə qədər azalıb.

Ağ Ev hadisəni “təhlükəsiz məsafə pozuntusu” kimi qiymətləndirib. Rəsmilər insident zamanı Trampın həyatının təhlükə altında olmadığını bildiriblər.

Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

reklamlar

Digər xəbərlər