Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
Dünya 07 Avqust 2026 - 12:49

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişinin imzalanması planlaşdırılır.

Zekainfo.az-ın "Röyters"ə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ölkənin vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə üçtərəfli görüş keçirəcək.

Görüşdə regional təhlükəsizlik, dənizdə yaranan təhdidlər, müdafiə sahəsində əməkdaşlıq və İran ətrafındakı vəziyyətin müzakirə olunacağı bildirilib.

Məlumata əsasən, görüşün yekununda üç ölkə arasında birgə müdafiə sazişinin imzalanması gözlənilir.

reklamlar

Digər xəbərlər