Tramp İrana inanmır

Tramp İrana inanmır
Dünya 12 Avqust 2026 - 09:56

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinə inanmadığını bildirib.


Zekainfo.az Trend-ə istinadən bildirir ki,  bu barədə Donald Tramp avqustun 11-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.


"İrana inanmıram. İrana etibar edəcək sonuncu insan mənəm", - deyə o bildirib.


Bununla yanaşı, ABŞ Prezidentinin fikrincə, İran məsələsində Birləşmiş Ştatlar "çox yaxşı mövqedədir". "İranla bağlı hər şey tamamilə yaxşı irəliləyir", - deyə o bildirib.


Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

reklamlar

Digər xəbərlər