Siyasət
12:21, Bugün
Azərbaycanda Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.
Bu barədə Prezident İlham Əliyev sosial şəbəkə hesabında qeyd edib.
Paylaşımda deyilir:
"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi".