Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
Cəmiyyət 17 Avqust 2026 - 18:00

Azərbaycanda nikaha girən və boşananların sayı azalıb.

Zekainfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-iyun ayları ərzində 19 224 nikaha daxilolma qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 591 nikah azdır.

Ötən ilin altı ayı ilə müqayisədə boşanma hallarının sayı 10 350-dən 9 776-ya enib.

reklamlar

Digər xəbərlər