Həftəsonu klassik avtomobillərin yürüşü və sərgisi olacaq

Həftəsonu klassik avtomobillərin yürüşü və sərgisi olacaq
Cəmiyyət 28 Avqust 2026 - 17:07

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçiriləcək.

Zekainfo.az xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda  “Panorama” attraksionunun (“Şeytan çarxı”) qarşısında klassik avtomobillərin nümayişi ilə başlayacaq.

Burada AAF-da tədbir üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin Federasiyanın Heydər Əliyev Mərkəzindəki daimi klassik avtomobil sərgisindən bəzi nəqliyyat vasitələri sərgilənəcək.

Müxtəlif illərə aid nəqliyyat vasitələri həm avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirəcək, həm də vizual baxımdan nostalji hisslər yaşadacaq.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Azneft dairəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -  Aeroport yolu -Zaqulba - Sea Breeze marşrutu ilə boyunca yürüş edəcək.

“Sea Breeze Marina Bay” ərazisində yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.

Buradakı əyləncə tədbirinin sonunda qalib olan avtomobil sahibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

reklamlar

Digər xəbərlər