İqtisadiyyat
09:44, 26 Avqust 2026
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Zekainfo.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46% azalaraq 91,51 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 91,93 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.