“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı

“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
Siyasət 23 Oktyabr 2026 - 22:45

23 oktyabr tarixində səfir Rəşad Aslanov MHP sədri Dövlət Bağçalını ziyarət edib.

Zekainfo.az xəbər verir ki, bu barədə Rəşad Aslanov sosial şəbəkə hesabında paylaşım edib.

Səfir Prezident İlham Əliyevin səmimi salamlarını, Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkürünü MHP sədrinə çatdırıb.

Türk dünyasının birlik və bərabərliyinin möhkəmləndirilməsi istiqamətində səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulayıb. 

MHP sədri Dövlət Bağçalı Azərbaycan Prezidentinin yüksək diqqəti və təşəkkürünə görə öz minnətdarlığını ifadə edərək, dövlət başçısına səmimi salamlarını çatdırmağını xahiş edib və daim Azərbaycanın yanında olduğunu bildirib.

Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün Türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimizin münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri üzərində inkişaf edəcəyinə əminliyini ifadə edib.

reklamlar

Digər xəbərlər