Sabirabadda narkotik bitki yetişdirən şəxs saxlanılıb

Sabirabadda narkotik bitki yetişdirən şəxs saxlanılıb
Hadisə 31 Avqust 2026 - 12:14

Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı kişi saxlanılıb.

Zekainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Taryel Qasımovun yaşadığı evin həyətində aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 55 ədəd narkotik xassəli kol aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

reklamlar

Digər xəbərlər