Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir - Sahibə Qafarova

Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir - Sahibə Qafarova
Siyasət 30 Sentyabr 2026 - 11:40

"44 günlük Vətən müharibəsində qazanılan Qələbə şəhər və kəndlərimizin Ermənistanın 30 illik işğalından azad edilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyətin əldə olunmasına şərait yaradıb".

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesinin ən mühüm mərhələsini başa çatdırıb. Bununla dövlətimizin suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunub.

“Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi xəttin təntənəsini əks etdirir. Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbəni qazandıran Müzəffər Ali Baş Komandana, Vətən uğrunda canından keçmiş şəhidlərimizə, eləcə də qəhrəman əsgər və zabitlərimizə daim minnətdar olacaq”, - deyə Sahibə Qafarova vurğulayıb.

reklamlar

Digər xəbərlər