Siyasət
18:40, 30 Sentyabr 2026
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb.
Zekainfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərlə tanış olublar”.