“Sabah”la oyunda açıq-aşkar favorit sayılırıq” - Niko Kovaç 

“Sabah”la oyunda açıq-aşkar favorit sayılırıq” - Niko Kovaç 
İdman 19 Oktyabr 2026 - 22:10

“Borussiya” UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.

Zekainfo.az xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Niko Kovaç matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

55 yaşlı mütəxəssis komandasının favorit olduğunu deyib:

“Bakıya ikinci səfərimdir. Azərbaycan yaxşı ölkədir. Rəqib barədə deyə bilərəm ki, bizə lazım olan materiallar var və ona uyğun hazırlaşmışıq. Bəzi detalları çatdıra bilmədik. Ona görə sabah da nələrsə edəcəyik. Bizdə rəqib cərimə meydançası yaxınlığında təhlükə yaratmaq instinkti var. Son iki həftə ərzində bunu nümayiş etdirə bilmədik. Daha dəqiq və sürətli oynamalı, həmçinin daha çox zərbə endirməliyik. Qol vurmaq üçün mütləq zərbə endirmək lazımdır”.

Onun sözlərinə görə, kimin oynayacağı sabah bəlli olacaq:

“Rəqib son matçında heyətdə xeyli dəyişiklik etmişdi. Buna görə də sabah qarşımızda tamamilə yenilənmiş bir heyət olacaq. Buna hazır olmalıyıq. Rəqibin baş məşqçisi Valdas Dambrauskası əvvəldən tanıyıram. “Sabah” klub olaraq, ciddi rəqibdir. Bizi çətin oyun gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq”.

“Rəqiblərimizə hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, doğru olmazdı. Motivasiya olaraq daha üstünük. Keyfiyyət baxımından da öndəyik və inanıram ki, bu oyunda qələbə qazanacağıq. Bizi vacib bir matç gözləyir və yaxşı hazırlaşmışıq”, – deyə xorvatiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

reklamlar

Digər xəbərlər