Rusiyada general-polkovnik həbs edildi

Rusiyada general-polkovnik həbs edildi
Dünya 26 Noyabr 2026 - 13:33

Rusiyada Hava Kosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Zekainfo.az rus mediasına istinadla xəbər verir ki, noyabrın 25-də Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında general barəsində həbs qətimkan tədbiri seçib.

Ona qarşı irəli sürülən ittihamın mahiyyəti hələlik açıqlanmayıb.

Qeyd edək ki, Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, müxtəlif illərdə hava hücumundan və raketdən müdafiə qoşunlarında rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildə Hava Kosmik Qüvvələrinin silahlanma üzrə baş komandanının müavini təyin edilib və general-polkovnik rütbəsi alıb.

reklamlar

Digər xəbərlər