“Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

“Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi
Dəyərlərimizin kreativ tanıtımı 24 Noyabr 2022 - 17:40

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin maliyyə dəstəyi və"Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə"Vərdişlərinin əsiri olma, sağlam ol”layihəsi çərçivəsində tədbirlərin icrasına start verilib. Layihə çərçivəsində növbəti tədbirlər 24 noyabr 2022-ci il tarixindəAbşeron rayonu Saray kənd 3 nömrəli tam orta məktəbində və Fatmayı kənd tam orta məktəbindəbaş tutmuşdur. Layihə çərçivəsində hazırlanmış "Sağlam ol” kitabı haqqında melumat verilmiş və kitabın təqdimat mərasimi həyata keçirilmişdir.

Tədbirlərdə açılış çıxışı edən"Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin idarə heyyətinin üzvüƏləddin Əzizov layihənin məqsədi və hədəfləri haqqında danışaraq qeyd etdi ki,layihənin məqsədiyeniyetmə və gənclərin zərərli vərdişlərə meyil etməsinin qarşısını almaq üçün onlara narkotik maddələrin, akoqollu içkilərin, siqaretdən istifadənin, qumar və texologiya aludəçiliyinin insanın ruh və bədən sağlamlığına vurduğu zərələrləri elmi əsaslarla izah etmək surətiylə zərərli vərdişlərin təhlükəsindən uşaqlarımızı qorumaqdır. Bununla yanaşı uşaqlar arasında sağlam həyat tərzi sürmə mədəniyyətini formalaşdırmaqdır.

Daha sonra isə söz təlimçi Əmirahov İsmətə verildi. Oda öz növbəsində məktəblilərə sağlam qidalanma, şəxsi gigiyena, idman və fiziki hərəkətlərin faydaları, keyfiyyətli yuxu və aludəçililkdən qorunmaqdan danışdı. Təlim diskusiya şəklində məktəblilərlə sual cavab şəklində keçdi. Məktəblilər təlimdən razı qaldıqlarını və faydalı məlumatlar aldıqlarını bildirdilər.

Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış "Sağlam ol” kitabı, buklet, qələm, bloknot və qovluq hədiyyə edildi.

reklamlar

Digər xəbərlər