Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşdi

Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşdi
Mədəniyyət 28 Dekabr 2023 - 17:19

Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşib.

Zekainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.

reklamlar

Digər xəbərlər