Azərbaycanda iki kino ittifaqı birləşdi -Sədr Rasim Balayev oldu

Azərbaycanda iki kino ittifaqı birləşdi -Sədr Rasim Balayev oldu
Mədəniyyət 05 Mart 2024 - 14:26

Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Zekainfo.az xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri də məlum olub.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.

Onun namizədliyi təsdiq edilib.

reklamlar

Digər xəbərlər