Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Hadisə 02 Aprel 2024 - 09:05

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Zekainfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

reklamlar

Digər xəbərlər