Şuşaya köç başlayır - Tarix açıqlandı

Şuşaya köç başlayır - Tarix açıqlandı
Cəmiyət 24 Aprel 2024 - 14:50

Gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.

Zekainfo.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlanılıb. Onun sözlərinə görə, bu işlər iki mərhələdən ibarət olacaq:

"Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq. 2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”.

reklamlar

Digər xəbərlər