Seçkilərlə əlaqədar seçki bülletenlərinə aid tələblər təsdiqlənəcək

Seçkilərlə əlaqədar seçki bülletenlərinə aid tələblər təsdiqlənəcək
Siyasət 26 İyul 2024 - 18:00

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək.

Zekainfo.az xəbər verir ki, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləməlidir.

    Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.

    reklamlar

    Digər xəbərlər