Avropa
Komissiyası Çin istehsalı olan Tesla avtomobillərinə idxal rüsumlarını əhəmiyyətli
dərəcədə azaldıb və bu, potensial olaraq Avropada satışların artmasına yol
açır.
Avropa
İttifaqı Çin istehsalı olan Tesla elektrik avtomobillərinə tətbiq edilən əlavə
gömrük rüsumlarını əvvəllər nəzərdə tutulan 20,8% əvəzinə 9%-ə endirib. Bu yeni
dərəcə Çində 17% ilə 36,3% arasında dəyişən digər elektrik avtomobil
istehsalçılarına tətbiq edilənlərdən əhəmiyyətli dərəcədə aşağıdır.
Növbəti
beş il üçün yeni gömrük rüsumlarını təyin edəcək planın hələ oktyabrın 31-nə qədər
Aİ-nin 27 üzv dövlətinin əksəriyyəti tərəfindən təsdiqlənməlidir.
Bu
qərar Amerikanın Tesla şirkətinin Avropa Komissiyasının Çində istehsal olunan
elektrik nəqliyyat vasitələrinə tətbiq etdiyi gömrük rüsumları ilə bağlı fərdi
qiymətləndirmə tələbindən sonra verilib.
Aİ
hesab edir ki, Pekinin avtomobil sənayesinə verdiyi subsidiyalar “ədalətsizdir”
və Avropa istehsalçılarına “əhəmiyyətli zərər” vurur. Bununla belə, araşdırma
apardıqdan sonra Komissiya Teslanın Çin hökumətindən əvvəllər düşündüyündən
daha az subsidiya aldığı qənaətinə gəlib.
Amerikalı
avtomobil istehsalçısı əsasən bazar qiymətlərindən aşağı olan
akkumulyatorlardan, həmçinin torpaqdan istifadə və gəlir vergisində sərfəli
azalmalardan faydalanır.
Aİ
ölkələri tərəfindən təsdiq olunarsa, əlavə gömrük rüsumları artıq Çindən elektriklə
işləyən avtomobillərin idxalına tətbiq edilən 10% verginin üzərinə düşəcək.
Tərcümə edəni Səfər
Abbasov/Zekainfo.az