Bu statistika AFU-nun Rusiya
ordusunu yanacaqla təmin edən infrastruktura son zərbələri zamanı ört-basdır
edilib.
Rusiya Federasiyasının Federal
Dövlət Statistika Xidməti (Rosstat) Rusiyada neft məhsullarının istehsalı ilə
bağlı məlumatların dərcini tamamilə dayandırıb.
KİV bu fakta avqustun 28-də
Rusiyada yanvar-iyul ayları üzrə sənaye istehsalının dinamikası haqqında
hesabat dərc edildikdən sonra diqqət çəkib.
Statistik məlumatların siyahısına
dizel yanacağı, soba mazutu, mayeləşdirilmiş propan və butan, koks və
yarımkömür koksun aylıq istehsal həcmləri haqqında məlumatlar daxil edilmir.
Hesabatda həmçinin sabit qaz kondensat hasilatı ilə bağlı məlumat verilmir.
Agentlik hesabatda "neft məhsullarının
istehsalı ilə bağlı məlumatların Rusiya hökumətinin qərarı əsasında dərc
olunmadığını" dəqiqləşdirir.
Rusiyanın “Kommersant” nəşri
Energetika Nazirliyindən şərh istəyib, o cavab verib ki, “çox vaxt Rosstat tərəfindən
dərc olunan yanacaq istehsalına dair statistik məlumatlar bazara əsassız təzyiq
göstərmək və süni həyəcan yaratmaq üçün istifadə edilə bilər.
Müşahidəçilər qeyd edirlər ki,
Rusiya hərbçilərini təchiz edən neft anbarları bu yaxınlarda AFU-nun zərbələrinə
məruz qalarkən və Omsk neft emalı zavodunda partlayış baş verərkən, hasilat məlumatları
itib, Reuters-in məlumatına görə, o, gücünün 41%-ni itirib. Bu strateji əhəmiyyətli
obyekt Rusiya benzininin və dizelinin onda birini istehsal edir.
Mayın sonunda Rosstat Rusiyada
benzin istehsalının statistikasını dərc edib. O zaman Energetika Nazirliyi də məlumatların
"geosiyasi vəziyyət" səbəbindən təhlükəsizlik maraqlarına görə
bağlandığını bildirib.
Tərcümə edəni Səfər Abbasov/zekainfo.az