Budapeştlə
Aİ arasında miqrasiya siyasəti və qanunun aliliyi ilə bağlı çəkişmə sürətlə
artır.
Bazar
ertəsi Belçika hökuməti Macarıstanın miqrantları Brüsselə avtobusla daşımaq
planına sərt şəkildə etiraz edərək, Budapeştin ödəməkdən imtina etdiyi AB Ədalət
Məhkəməsinin iyun ayında tətbiq etdiyi 200 milyon avro cəriməyə cavab olaraq
bildirib.
Hələlik
heç bir miqrant köçürmələri baş tutmayıb və onların nə vaxt baş verəcəyi bəlli
deyil.
Belçikanın
Xarici İşlər Naziri Hadja Lahbib, bu elanın "Avropa öhdəliklərinə zidd bir
təxribat olduğunu" söylədi. “Miqrasiya siyasəti bütün Üzv Dövlətlər tərəfindən
nizamlı və vahid şəkildə həll edilməli olan ümumi problemdir”.
Sığınacaq
və Miqrasiya üzrə Dövlət Katibi Nikol de Moor xəbərdarlıq edib ki, köçürmələr
baş tutsa, Belçika “bu şəkildə istismar edilən miqrant axınına” giriş icazəsi
verməyəcək.
"Macarıstanın
Brüsselə öz təşəbbüsü ilə və məsləhətləşmədən miqrant göndərməklə hədələməsi
Avropa institutlarına və ümumi siyasətə hörmətsizlik nümayiş etdirir", -
deyə xanım de Moor bildirib.
Dövlət
katibi Belçikanın Aİ-dəki daimi nümayəndəsinə macar həmkarı ilə məsələni
müzakirə etməyi tapşırıb və Avropa Komissiyasından “sərt və qətiyyətlə”
reaksiya verməsini istəyib.
Brüssel
şəhərinin meri Filip Kloz da bu layihəni pisləyib və Baş nazir Alexander De
Croo-dan "sərhəddə bu avtobusları bağlamağı" istəyib.
O,
Macarıstanın xalis benefisiar olduğu AB büdcəsinə istinad edərək, “Biz
subsidiya verdiyimiz bir ölkənin bu təxribatlarına nə vaxta qədər dözəcəyik?”
dedi.
Son
mübahisə Aİ-nin Ədalət Məhkəməsinin Macarıstanın “sığınacaq” hüququna məhdudiyyətlər
tətbiq etməklə “Avropa İttifaqı qanunlarının görünməmiş və müstəsna dərəcədə
ciddi pozuntusuna” yol verdiyini müəyyən edən qərarından qaynaqlanır. Məhkəmə
ölkəni 200 milyon avro sabit cərimə və gecikmə günü üçün bir milyon avro cərimə
cəzasına məhkum edib.
Viktor
Orban daha sonra hökmə qəzəblə reaksiya verib və onu “qalmaqallı və qəbuledilməz”
adlandırıb.
"Görünür,
qeyri-qanuni miqrantlar Brüssel bürokratları üçün öz Avropa vətəndaşlarından
daha vacibdir" dedi.
Qarşıdurma
sürətlə böyüdü: keçən ay cənab Orbanın deputatları Macarıstandan Belçika
paytaxtına qanunsuz miqrantlar üçün birtərəfli biletləri ödəməklə hədələdilər.
Cümə günü Dövlət Katibi Bence Rétvári bu proqram çərçivəsində istifadə ediləcək
avtobusları təqdim etmək üçün mətbuat konfransı keçirdi. O, nəqliyyatın
“könüllü” və “pulsuz” təklif ediləcəyini söylədi.
“Əgər
Brüssel qeyri-qanuni miqrantlar istəyirsə, Brüssel onlara sahib ola bilər” dedi
cənab Retvari.
Elə həmin
gün Orban AB-nin miqrasiya siyasətindən imtina bəndinin yaradılmasına çağırdı
ki, bu təklif yeni Hollandiya hökumətinin koalisiya sazişində də yer alır.
İdeya uzaqgörən hesab olunur, çünki o, razılaşdırılmış incə qanunvericiliyin
yenidən açılmasını və ya Aİ müqavilələrinə yenidən baxılmasını nəzərdə tutur.
Komissiyanın
fikrincə, Macarıstanın milli kart sistemini Rusiya və Belarus vətəndaşlarına
şamil etmək qərarı ilə bağlı mübahisə "bütün" Şengen məkanı üçün təhlükə
yarada bilər.
Tərcümə edəni Səfər Abbasov /zekainfo.az