Missiya, Cümə günü, sentyabrın 6-da, Frontex agentliyinin himayəsi
altında və İspaniya Mülki Qvardiyasının rəhbərlik etdiyi C-295M təyyarəsi tərəfindən
həyata keçirilən müşahidə uçuşu zamanı baş tutub.
Portuqaliya Hərbi Hava Qüvvələrinin ekipajı ötən cümə günü Frontex
agentliyinin sponsorluğu və İspaniya Mülki Qvardiyasının rəhbərlik etdiyi
müşahidə uçuşu zamanı Aralıq dənizində sürüklənən 70-dən çox miqrantı xilas
edib.
Bir neçə uşaq da daxil olmaqla miqrantlar bir-birinə nisbətən yaxın
üzən dörd qayıqda olublar. İspaniyanın axtarış-xilasetmə orqanları dərhal səfərbər
edilib və yaxınlıqda üzən ticarət gəmisinə yardım üçün müraciət edilib.
Hərbi-hava qüvvələrinin ekipajı gəmini qayıqlardan birinə istiqamətləndirərək,
ikisi uşaq olmaqla 21 miqrantı xilas etməyə kömək edib.
Bu xilasetmə Indalo 2024 birgə əməliyyatının bir hissəsi olaraq həyata
keçirilmişdir. Bu missiya, digər şeylərlə yanaşı, qeyri-qanuni miqrasiya və
insan, mal və silah alverinin qarşısının alınması, narkotiklərin qanunsuz
dövriyyəsi ilə mübarizə, balıqçılıq fəaliyyətlərinə nəzarət və monitorinq və
sahil mühafizəsi nəzarəti vasitəsilə dəniz nəqliyyatına nəzarət.
Frontex agentliyinin nəzarəti altında İspaniyadakı Malaqa
aviabazasından noyabrın 27-dək keçirilir. Missiya hazırda ikinci mərhələdədir,
birincisi bu il martın 20-dən iyulun 10-dək baş tutub.
Bu müddət ərzində Hərbi Hava Qüvvələri 18 000-ə yaxın gəmi aşkar
edib, onlardan 14-ü qeyri-qanuni immiqrasiyaya cəlb edilib - ümumilikdə 202
miqrant - və 428-i qeyri-qanuni fəaliyyətlə əlaqələndirilib.
Tərcümə edəni
Səfər Abbasob/zekainfo.az