Orta məktəbdə valideynlərlə tematik görüşlər

Orta məktəbdə valideynlərlə tematik görüşlər
Cəmiyət 01 Noyabr 2024 - 12:15
8 və 9-cü sinifdə oxuyan şagirdlərinin valideynləri ilə ümumi söhbətlər
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində yuxarı - 8 və 9-cü siniflərdə oxuyan şagirdlərin valideynləri ilə Elm və Təhsil Nazirliyinin tövsiyyə etdiyi vəsaitdə təklif olunmuş ssenari əsasında görüş keçirildi.
Valideynlərlə görüş zamanı metodik vəsaitdə tövsiyyə olunan mövzular haqqında məlumat verildi, onlarla əks-əlaqə zamanı qoyulan məsələlər ətrafında səsləndirdikləri fərdi fikirlərin, eyni zamanda təkliflərin qeydləri götürüldü.
Görüş zamanı müxtəlif mövzülar üzrə birlikdə oğlanlarla qızların ataları və anaları arasında ayrılıqda, fərqli qruplar üzrə söhbətlər aparıldı. Ümumi olaraq VIII və IX siniflərdə təhsil alan şagirdlərin valideynləri, eyni zamanda müəllimləri ilə geniş məlumatlandırma söhbətləri aparılıb. Cinsi yetişkənlik dövrünə qədəm qoymuş uşaqların ortaya çıxa biləcək problemlər barədə məsləhətləşmələr zamanı müzakirə edilən müxtəlif suallar ətrafında müzakirələr aparılıb.
Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdır? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq olar?
Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks-cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Cinsi zorakılıq, QİÇS və cinsi yolla yoluxan infeksiyaların qarşısını necə almaq olar? Zərərli vərdişlərə aludə olmaq təhlükəsindən şagirdləri necə qorumaq olar?
Reproduktiv sağlamlığın qoruması ilə bağlı İştirakçılara izah edildi ki, cinsi yetişkənlik dövrü insan həyatında mühüm mərhələdir. Bu dövrün öz xüsusiyyətləri vardır.
Məktəb psixoloqu olaraq müzkirəyə çıxarılan mövzulara birbaşa keçməzdən əvvəl, valideynlərə müraciət etdik ki, keçmişə qayıdıb həyatlarının yeniyetməlik dövrü ilə bağlı qarşılaşdıqları məsələlərlə bağlı suallar ətrafında müzakirələr aparılsın. İlk yarım dərs ili ətrafında məktəbin yuxarı sinif şagirdləri arasında reproduktiv sağlamlıq mövzusunda silsilə məşğələlər keçiriləcəyi bildirdik.
Qız valideynləri ilə keçirilən xüsusi görüş zamanı onlara belə sual verildi ki, sizdə ilk dəfə aybaşı başlayan zaman o hadisəyə hazır idiniz? Kimsə sizə bu barədə əvvəlcədən hər hansı bir formada məlumat vermişdi? Məlumatın əsas ismarıcı nə idi? Aybaşı başlayan zaman nə hiss etdiniz? Hiss və həyəcanınızı kiminlə bölüşdünüz? Özünüzü nə dərəcədə rahat hiss edirdiniz? Qızınızın eyni həyəcanı yaşamağını istərdinizmi? Bu gün qızlara aybaşı haqqında hansı informasiya, nə zaman və hansı formada verilməlidir? Bu söhbətlər zamanı hansı problemlər yarana bilər? Məktəb bu işdə sizə hansı köməyi göstərə bilər?
Valideynlər tərəfindən səslənən fikirlərə diqqət ayrılıb, qarışıq fikirlərə aydınlıq gətirə biləcək suallar verilib, sonda auditoriyanın fikirlərini ümumiləşdirib lövhədə qeyd edilib.
Yeniyetmə oğlanlar barədə diskussiya aparılıb. Oğlanlarda gedən cinsi yetkinləşmə prosesi barədə valideynlər nələri bilməlidir? Oğlanlarda başlayan pollusiya barədə məlumatlar onlara kim tərəfindən və hansı formada verilməlidir?! Bu sual ətrafında müzakirələr mübahisəli alınınıb.
Oğlan övladları qızlarda, qızlar isə oğlanlarda gedən dəyişikliklər barədə məlumatı valideynlərdən, yaxud, məktəb və ya ailə psixoluqundan, KİV-dən, TV-dən, elmi-kütləvi nəşrlərdən, İnternet resurslarından, yaxud həmyaşıdlarından almalıdır?
Müxtəlif cavablar dinlənilib, düzgün olmayan, yanlış fikirlərə qarşı tolerant dinləmə etikası ilə yanaşılıb. Oğlanlar cinsi yetişkənlik barədə məlumatı atadan, yaxud anadan, eləcə də inandığı yaxın adamdan, ailə və ya məktəb psixoloqundan ala, eləcə də açıq mənbələrdən yararlana bilərlər. Məktəbin missiyasından biri də həyat bilgilərini hər iki cinsdən olan uşaqlara çatdırmaq, onların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü və başqalarını tanımağa yardımçı olmaqdır.
Ümumi sağlamlığın bir qolu sayılan reproduktiv müəyyən etmək. Zamanında vacib həyati bilgilər almayan yeniyetmə qız və oğlanlar ailə həyatı qurduqdan sonra bir sıra problemlə üzləşirlər. Çağdaş dünya pedaqoji praktikasında şagirdlərə reproduktiv sağlamlıq barədə vaxtında zəruri məlumat vermək təcrübəsi geniş yayıldığını diqqətə çatdırmaq vacibdir. Sinif saatlarında vaxtaşırı şagirdlərlə bu barədə söhbət aparılacaqdır.
Həmin söhbətləri qızlar və oğlanlar üçün ayrılıqda keçirmək lazımdır və elə də planlaşdırılıb.
Məşğələlərdə toxunulan məsələlər yeniyetmələrin maraq dairəsinə daxil ola bilər, onlar özləri bu barədə daha çox bilmək istəyirlər. Şagirdlərin iştirakı ilə interaktiv formada keçiriləndə onlar müxtəlif rollu oyunlarda iştirak etməyə maraq göstərib, müzakirələrə qoşulur, özlərini narahat edən sualları səsləndirməyə çalışırlar.
50 valideyn, məktəb psixoloqu kimi mən, biologiya müəllimləri və digər pedaqoqlar 3 qrupda birləşib interaktiv metodlarla təqdim edilən mövzularla bağlı müzakirələri davam etdirdik: sonda gəlinən rəylər löhvədə yazılıb, birlikdə redaktə edilib.
Görüşdə daha bir məlumatı diqqətə çatdırdıq ki, bu dərs ili ərzində şagirdlərlə bir sıra aktual mövzularda məşğələlər keçirilməsi planlaşdırılır.
Hər məşğələdə yönləndirici suallarla iştirakçılar istiqamətləndirilib, valideynlərin məşğələlərin təşkili barədə sualları cavablandırıldı, təklifləri dinlənildi.
Cəmilə Çiçək
reklamlar

Digər xəbərlər