Cəmiyət
18:00, Bugün
Payızın soyuq bir axşamı idi. Hava tutqundu, göy üzünü ağır qara buludlar bürümüşdü. Yağış tədricən səssizcə yerə süzülür, torpağın qoxusu havaya qarışırdı. Şəhərin küçələri sakit idi, yalnız yağışın damcıları səkilərdə öz melodiyasını çalırdı. Günel xəstəxanaya təkbaşına gedirdi. Hər addımı sanki bir ağırlıq idi, amma bu yükü heç kimlə bölüşmək istəmirdi.
O, xəstəxananın uzun, dar koridorlarından keçərək həkim otağına yaxınlaşdı. Ağ divarlar sanki onun ürəyindəki boşluğu əks etdirirdi. Hər addımda səssiz bir titrəyiş hiss edirdi
Həkim otağına daxil oldu. Otağın işıqları həddindən artıq parlaq idi, bu parıltı Günelin gözlərini qamaşdırdı. Həkim yaşlı, amma sakit bir ifadəyə malik idi. Onun səsi möhkəm və inandırıcı idi.
— Günel xanım, bir neçə dəqiqəlik prosedur olacaq. Biopsiya üçün toxuma götürəcəyik. Rahat olun, narahatlıq hiss etsəniz, dərhal mənə deyin.
Günel başını yavaşca tərpədib razılaşdı. Biopsiya zamanı ağrı bədəninin bütün nöktələrindən keçdi, amma o, heç nə demədi. Həkim səliqə ilə proseduru tamamlayıb ona baxdı:
— Nəticələr bir neçə günə hazır olacaq. Narahat olmayın, biz hər şeyi addım-addım həll edəcəyik.
Biopsiyanın nəticələrini bir neçə gün sonra öyrəndi. Həkimin tibii terminlərindən sonra yalnız bir cümlə onun qulaqlarında cingildədi:
— Xərçəngin ilkin mərhələsidir.
Bu xəbər Günelin bütün dünyasını alt-üst etdi. Evə gedərkən avtobusda öz əksini pəncərədə gördü. Gözləri yorğun və dərin bir qaranlığa bürünmüşdü. İçindəki qorxu və qeyri-müəyyənliklə mübarizə aparmağa çalışırdı, amma sükut onu daha da ağırlaşdırırdı.
Studiyada dördüncü mərtəbəyə qalxanda qəlbində qəribə bir sakitlik vardı. Ətrafdakı hər kəs onun adi günlərdəki kimi olduğuna inanırdı. Heç kim onun içindəki fırtınadan xəbərdar deyildi. Canlı efirdə səsini həmişəki kimi sakit və özünə əmin bir tonda saxladı. Amma içində bir təlaş fırtınası baş qaldırmışdı.
Hər sözün arasında özünə bir sual verirdi: “Bundan sonra nə olacaq? Mən buna necə dözəcəm?” Bu suallar başında əks-səda verir, amma cavabları tapa bilmirdi. Yalnız bir şeyə əmin idi ki, bu həyatında bir dönüş nöqtəsi idi.
Evdə hər şey daha çətindi. Anasının və bacısının narahat baxışlarından qaçmağa çalışırdı. Bir gün, anası daha artıq dözə bilmədi və Günelin otağına daxil oldu. Onun gözlərində həm narahatlıq, həm də analıq sevgisi vardı.
— Günel, qızım, mən səninlə danışmaq istəyirəm. Sən bizdən nəsə gizlədirsən, hiss edirəm.
Günel əvvəlcə bir söz demədi. Amma anasının səmimi və sevgi dolu baxışları qarşısında dayanmaq mümkün deyildi. Nəfəsini dərindən alıb bütün həqiqəti danışdı.
Anasının gözləri doldu, göz yaşları səssizcə axmağa başladı. O Günelin əllərini tutdu və sakit bir səslə dedi:
— Qızım, biz bu mübarizəni birlikdə aparacağıq. Mən həmişə sənin yanındayam.
Bu sözlər Günelin qəlbində bir işıq yandırdı. O, tək olmadığını, anasının hər zaman onun dayağı olacağını hiss etdi.
Günelin müalici başladı. Kimyaterapiyanın hər seansı bədənini zəiflədir, amma ruhunda qəribə bir möhkəmlik hiss edirdi. Hər bir prosedurdan sonra özünə deyirdi: “Mən buna dözəcəyəm. Bu mübarizə mənim həyatımın bir hissəsidir.”
Həkimi Dr. Vaqif hər dəfə ona müsbət enerji verməyə çalışırdı. Bir gün o, Günellə söhbət edərkən dedi:
— Günel xanım, siz güclü bir insansınız. Hər kəs belə mübarizəni bacara bilməz. Amma siz hər addımda öz gücünüzü göstərirsiniz.
Bu sözlər Güneli daha da ruhlandırdı. Həkimin bu sadə, amma dərin ifadəsi onun ürəyinə hopdu.
Hərdən Günel fikirlərində keçmişə səyahət edirdi. Uşaqlıq xatirələri, atası ilə etdiyi uzun söhbətlər, anasının isti yeməkləri və bacısı ilə gülüş dolu anlar gəlirdi gözünün önünə… Bu xatirələr onu möhkəmləndirirdi.
Bir gün dəniz sahilinə getdi. Dalğaların sakitliyi onu özünə çəkirdi. Dənizin sonsuzluğu ona həyatın genişliyini xatırladırdı. Orada, dəniz sahilində, Günel bir dəfə daha anladı ki, həyatın hər anı dəyərlidir, mübarizənin özü də daxil olmaqla.
O, masasına oturdu və kitabını yazmağa davam etdi. Hər səhifə, hər cümlə onun həyatından bir parça idi. Kitabının son cümləsini yazarkən ürəyində bir sakitlik hiss etdi:
“Bu həyatın mənim mehriban düşmənimlə rəqsdir. Amma bu rəqsdə hər zaman addımlarımı itirməyəcəyəm.”
Günel mübarizəsinin müxtəlif mərhələlərində öz içindəki dəyişiklikləri daha dərindən hiss edirdi. İlk dəfə xəstəliyin adını eşidəndə onu boğan qorxu, zamanla yerini gücə və qərarlığa buraxdı. İndi o, hər bir zəifliyinin arxasında bir güc görüdü.
O, həyatının hər anını yenidən qiymətləndirməyi öyrəndi. Əvvəl sadə görünən hadisələr, bir səhər çayı, anasının səsi, bacısının gülüşü indi onun üçün əvəzolunmaz idi. Bu mübarizə ona göstərdi ki, həyatın ən böyük gözəlliyi hər anın dəyərini bilməkdir.
Son dəfə dəniz sahilində Günel öz-özünə düşünürdü:”Həyatım bir döyüş meydanıdır, amma bu meydanda itirəcəyim heç bir şey yoxdur...”
O, ayağa qalxıb dənizə tərəf baxdı. Dalğalar sanki onun içindəki ritmi təkrarlayırdı. Bu, onun həyatının melodiyası idi, mübarizə, sevgi və sonda qələbə...