Hamısı
Hollandiya sakinləri olan və yaşları 19 ilə 32 arasında olan beş müttəhim
ictimai zorakılıq, oğurluq və hücumda ittiham edilib.
Hollandiya
məhkəməsi noyabr ayında İsrailin “Makkabi Tel-Əviv” komandası ilə “Ayaks”
arasında futbol matçı zamanı baş vermiş zorakılığa görə beş kişini altı aya
qədər həbs cəzasına məhkum edib.
Çərşənbə
axşamı Amsterdam Rayon Məhkəməsi bir nəfəri altı ay, digərini iki ay yarım, iki
nəfəri isə bir ay həbs cəzasına məhkum edib. Beşinci müttəhim 100 saat ictimai
işlərə məhkum edilib.
Noyabrın 7-də
baş tutacaq matçın keçirilməsinə Hollandiya terrorizmə qarşı nəzarət orqanı
israilli azarkeşlər üçün heç bir "konkret təhlükə" olmadığı və matçın
yüksək riskli matç sayılmadığına qərar verdikdən sonra icazə verildi. Buna
baxmayaraq, Amsterdam hakimiyyəti Johan Cruyff Arena qarşısında Fələstin
tərəfdarı nümayişi qadağan edib.
Araşdırmaya
görə, matçdan bir gün əvvəl səlahiyyətlilər bir neçə insident, o cümlədən
israilli azarkeşlərin Amsterdamdakı binadan Fələstin bayrağını qoparması və
taksiyə hücum etməsi barədə məlumat verib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/