Milli Məclis Prezident və birinci xanımı təbrik etdi

Milli Məclis Prezident və birinci xanımı təbrik etdi
Siyasət 29 Dekabr 2024 - 13:00

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Zekainfo.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.

Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.

reklamlar

Digər xəbərlər