Son hava qəzalarından
sonra səyahətçilər özlərini daha az inamlı hiss edə bilərlər. Bəs uçmaq
həqiqətənmi daha təhlükəli olur?
Son həftələrdə
bir-birindən bir neçə gün sonra baş verən iki ayrı insidentdə 200-dən çox insan
həyatını itirdi.
Qazaxıstanda
Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38
nəfər ölüb; Dörd gün sonra Jeju Air təyyarəsinin Cənubi Koreyada qəza enişi
nəticəsində 179 nəfər həlak olub.
Yayda Braziliyada
Voepass təyyarəsinin faciəvi qəzası 62 sərnişin və ekipajın həyatına son qoydu.
Sinqapur Hava
Yollarının reysində xəsarət alan və bir nəfərin ölümü ilə nəticələnən şiddətli
turbulentlik də səyahət edənlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb
olub.
Aviasiya
Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, keçən il təyyarə qəzalarında 318
nəfər həlak olub, 2024-cü il 2018-ci ildən bəri aviasiya üçün ən ölümcül il
olub.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/