Siyasət
18:45, 12 Noyabr 2026
Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində baş verən qəza ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik. Bu kədərli zamanda BƏƏ ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, dünən BƏƏ-də 18 minik avtomobili və beş yük maşınının iştirakı ilə zəncirvari qəza olub. Füceyrə əmirliyində baş verən hadisə nəticəsində 14 nəfər həlak olub, daha 30 nəfər isə xəsarət alıb.