3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var

3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
Hadisə 13 Noyabr 2026 - 16:45

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.

Zekainfo.az Oxu.az-a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

***

Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

reklamlar

Digər xəbərlər