Almaniya Rusiyaya məxsus olduğu güman edilən neft tankerini daha təhlükəsiz sulara aparır

Almaniya Rusiyaya məxsus olduğu güman edilən neft tankerini daha təhlükəsiz sulara aparır
İqtisadiyyat 13 Yanvar 2025 - 11:11


 

 

“Eventin” tankerinin Moskvanın sanksiyalardan yayınma səylərinin bir hissəsi olduğu güman edilir. Greenpeace, onun Rusiyanın "kabus donanmasına" aid olduğunu iddia edir.

 

Rusiyanın sanksiyalardan yayınma səylərinin bir hissəsi olduğu güman edilən tanker Almaniyanın Baltikyanı sahillərində dalğalı dənizlərdə batmış vəziyyətdə tapılıb.

 

Bremendən bir yedək gəmisi yerləşdirilib və şənbə günü Almaniyanın Rügen adası yaxınlığında daha təhlükəsiz sulara uğurla çəkilib.

 

Almaniyanın xarici işlər naziri Annalena Baerbok hadisəni Baltik dənizində təhlükəsizlik və turizm üçün təhlükə adlandırıb.

Panama bayraqlı “Eventin” gəmisi Rusiyadan Misirə 99 min ton neft daşıyarkən bir neçə saat sürükləndi. Almaniyanın dpa xəbər agentliyinin məlumatına görə, ətraf mühit üçün dərhal təhlükə yoxdur.

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

 

 

reklamlar

Digər xəbərlər