Uğurlu
şəxsi nümayişlər turundan və keçən il Varşava Film Festivalında premyeradan
sonra “Butça” qlobal auditoriyaya çatmaq ümidi ilə indi Avropada daha geniş
yayılmağa hazırdır.
Döyüş
meydanı hekayələri tez-tez əsgərlər prizmasından danışılır, lakin Ukraynada
təxminən üç ildir davam edən müharibənin əsl qəhrəmanları həm də ağlasığmaz
vəziyyətlərə düçar olmuş mülki şəxslərdir.
Rusiyanın
2022-ci il işğalından sonra tamamilə Ukraynada çəkilmiş ilk qeyri-sənədli bədii
film kimi təsvir edilən “Buça” bu danışılmamış hekayələri canlandırır.
Keçən
il Varşava Film Festivalında premyerası olmuş və Brüsseldə Avropa Parlamentində
nümayiş etdirilən film hekayətinin gücü ilə diqqəti cəlb etmişdir. 2022-ci ilin
yazında 200-dən çox insanı işğal olunmuş ərazilərdən xilas edən Qazaxıstan
vətəndaşı Konstantin Qudauskasın əsl hekayəsindən bəhs edir.
Müharibə
ölkəni xarabalığa çevirməkdə davam edərkən, "Butça" həlledici və
vaxtında çəkilmiş film olaraq qalır. Euronews-un müxbiri Saşa Vakulina filmin
prodüseri və ssenari müəllifi Oleksandr Shchur və Promote Ukraine şirkətinin
vitse-prezidenti Vasil Kuşmunsla danışıb, bu hekayələri paylaşmağın vacibliyini
və kinonun necə “həqiqət üçün silah” ola biləcəyini müzakirə edib.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az