Avropa Komissiyası qaz tədarükünün təhlükəsizliyinə əmin olsa da, Aİ
ehtiyatlarında 2023-cü ilin əvvəli ilə müqayisədə 16% az qaz var. Yalnız
Portuqaliyada 100%-dən çox qaz anbarı var.
Rusiya qazının Ukrayna ərazisindən daşınmasının dayandırılması Aİ-yə
qaz tədarükü ilə bağlı narahatlıqları artırıb.
Moskva əvvəllər Avropa İttifaqının təbii qazının demək olar ki,
40%-ni boru kəmərləri vasitəsilə təmin edirdi.
Son rəqəmlər göstərir ki, Portuqaliyada qaz anbarının ən yüksək həcmi
100%-i keçib. Sonrakı yerdə 88%-lə İsveç, 79%-lə isə Polşa gəlir.
Bunun əksinə olaraq, Hollandiya 48,96% ilə ən aşağı qaz həcminə
malikdir, 49,71% ilə Xorvatiya və 51,42% ilə Fransa üçüncü yerdədir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az