Daha bəsdir ağladığın...

Daha bəsdir ağladığın...
Mədəniyyət 21 Yanvar 2025 - 10:37

Qərənfilm, yasa qismət olmusan,
Ləçəyində göz yaşları, solmusan,
Bu dünyadan o, dünyaya yolmusan?
Daha bəsdir ağladığın qərənfil.
Şəhidlərə toy xalısı toxudun,
Ürəklərdə dərdi, qəmi oxudun,
Xalqım üçün təmkin olub qoxudun,
Daha bəsdir ağladığın, qərənfil.
Qeyrətini dünya gördü o, günlər,
Hönkürtlər, ağlaşmalar,o ünlər,
Kədərimi sizlə böldüm, a güllər,
Daha bəsdir ağladığın,qərənfil.
Sarsıltmadı sizi güllə səsləri,
Xalq tanıdı bizi qıran kəsləri,
Bu bir tarix, bu da həyat dərsləri,
Daha bəsdir ağladığın, qərənfil.
Ana oğul, bacı-qardaş ağlayır,
Göz yaşları ürəkləri dağlayır,
Nə vaxtdır ki, göz yaşımız çağlayır,
Daha bəsdir ağladığın, qəranfil.
Xeyirlə-şər qardaş olub əzəldən,
Üz döndərmə, toyu olan gözəldən,
Dərdə düşsün, xalqıma dərd közəldən,
Daha bəsdir ağladığın, qərənfil!
Abil İslam
AYB, AJB - nin üzvü, Prezident təqaüdçüsü, iki dəfə Həsən bəy Zərdabi diplomunun və Qlzıl Qələm mükatatçısı, 220 mahnının söz yazarı, Göyçay Yazarlar Qrupunun yaradıcısı və rəhbəri
reklamlar

Digər xəbərlər