
Dördüncü
nümayiş şənbə günü Valensiya küçələrində region prezidenti Karlos Mazon və onun
hökumətinin ötən oktyabrda baş verən ölümcül daşqınlarla mübarizə apardıqlarına
görə istefasını tələb etmək üçün keçirilib.
Şənbə günü
minlərlə insan Valensiya küçələrinə çıxaraq yüzlərlə insanın ölümünə səbəb olan
dağıdıcı daşqınlara reaksiya verdikləri üçün regional prezident Karlos Mazon və
hökumətinin istefasını tələb edib.
Nümayiş
Valensiya bölgəsindən olan 200-dən çox vətəndaş, ictimai və həmkarlar təşkilatı
tərəfindən təşkil olunub. Etirazçılar bu məqsədlə dördüncü dəfədir ki,
Valensiya küçələrinə çıxırlar.
İspan şəhərində
əvvəlki üç etiraz aksiyasından daha kiçik olsa da, səlahiyyətlilərə görə,
yürüşdə təxminən 25,000 insan iştirak edib.
Uzun və
bahalı yenidənqurma prosesi ilə üzləşən sakinlər deyirlər ki, hökumət də yardım
göstərməkdə ləng gedir.
Cənab Mazon
böhranın miqyasının gözlənilməz olduğunu və administrasiyasının mərkəzi
orqanlardan kifayət qədər xəbərdarlıq almadığını söylədi.
Daşqınlar nəticəsində
224 nəfər həlak olub. Daha minlərlə insan evlərini itirib.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az