
Yeni il qərarlarınızı bütün yanvar ayı ərzində
saxlamısınız və onları ömürlük saxlamağa hazır olduğunuzu düşünürsünüz? Daha
bir neçə həftə nizam-intizamda qalmaq daha yaxşıdır. Cənubi Avstraliya
Universitetinin 2024-cü ilin dekabrında dərc olunmuş araşdırması bunu tövsiyə
edir.
2008-2023-cü
illər arasında 2600-dən çox iştirakçı üzərində aparılan iyirmi sorğunun
meta-analizindən istifadə edərək, Avstraliya universitetinin tədqiqatçıları
daha çox su içmək, idman etmək və ya diş ipindən istifadə etmək kimi yeni yaxşı
vərdişlərin necə formalaşdırılmasına baxıblar.
Nəticə odur
ki, yeni rutinlər yaratmaq üçün lazım olan vaxt hər bir vəziyyətdən asılı
olaraq fərqlidir, lakin orta hesabla iki aya yaxındır - bu günə qədər məşhur
inancın təklif etdiyi kimi üç həftə deyil.
“Healthcare”
jurnalında dərc olunan tədqiqat hesablayıb ki, yeni yaxşı vərdiş formalaşdırmaq
üçün orta vaxt 59 ilə 66 gün arasında olub – bu müddət, vəziyyətdən asılı
olaraq 335 gün və ya 11 aya qədər uzana bilər.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az