
Ölkənin cənubunda avtobus dərəyə aşıb. İstintaqın ilkin qənaətinə
görə, faciəyə səbəb həddindən artıq sürət olub.
Boliviyanın Potosi əyalətinin And bölgəsində bazar ertəsi günü
əyalətlərarası avtobusun 800 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 28
nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərin sayı Boliviya polisi tərəfindən ilkin
olaraq 31 ölü və 15 yaralı olduğu bildirilən yenilənmiş hesabatda təsdiqlənib.
Potosi polisinin departament komandanlığının sözçüsü Limberth Choque,
avtobusun Potosi ilə Oruro arasında hərəkət etdiyini və qəzanın təyinat
yerindən 311 kilometr aralıda, Yocalla şəhəri yaxınlığında baş verdiyini
söylədi.
Cənab Choque bildirib ki, qəza kəskin döngələri olan sıldırım yolda
baş verib. İlkin araşdırmalar göstərir ki, qəzanın əsas səbəbi sürət həddinin
aşılması olub, ehtimal ki, sürücü avtomobilə idarəetməni itirib. Sosial
şəbəkələrdə yayılan görüntülərdə avtobusun dərənin dibində tamamilə dağıldığı
görünür. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hələ də ixtisaslaşmış
qruplar hadisə yerində işləyir.
Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az