Slovakiya: Jurnalistin öldürülməsindən 7 il sonra minlərlə insan Ficoya qarşı küçələrə çıxdı

Slovakiya: Jurnalistin öldürülməsindən 7 il sonra minlərlə insan Ficoya qarşı küçələrə çıxdı
Hadisə 24 Fevral 2025 - 13:00


 

 

 

Slovakiyada minlərlə hökumət əleyhinə nümayişçi araşdırmaçı jurnalistin və onun nişanlısının qətlinin yeddinci ildönümünü qeyd edir.

 

Minlərlə insan 2018-ci ilin fevralında paytaxt Bratislavanın şərqində yerləşən Velka Maca şəhərində qətlə yetirilən araşdırmaçı jurnalist Yan Kuciak və onun nişanlısı Martina Kuşnirovanın qətlinin yeddinci ildönümünü qeyd etmək üçün cümə günü Slovakiyanın müxtəlif şəhərlərində yürüş keçirib.

 

Ölümləri zamanı onların hər ikisi 27 yaşında idi və hadisə böyük küçə etirazlarına səbəb oldu.

 

Sonrakı siyasi böhran Robert Fikonun rəhbərlik etdiyi koalisiya hökumətinin dağılmasına səbəb oldu. Sui-qəsd zamanı Kuciak digər məsələlərlə yanaşı, mümkün hökumət korrupsiyasını da araşdırırdı.

Tamaşaçılar Kuçiakın valideynlərini və Bratislava səhnəsindən onları salamlayan Kuşnírovanın anasını alqışladılar.

 

Paytaxt Bratislavada məşhur Azadlıq Meydanında 10 minə yaxın etirazçı Fikonun istefasını tələb edib.

 

 

Tərcümə edəni Səfər Səfərov /Zekainfo.az

reklamlar

Digər xəbərlər