Ekstremal hava hadisələri: ən çox hansı Avropa ölkələri zərər görür?

Ekstremal hava hadisələri: ən çox hansı Avropa ölkələri zərər görür?
Hadisə 26 Fevral 2025 - 11:46


 

 

1993-2022-ci illər arasında iqlim fəlakəti nəticəsində dünyada 765.000-dən çox insan həyatını itirib.

 

Ətraf mühitin mühafizəsi təşkilatı Germanwatch tərəfindən 2025-ci ildə dərc edilən hesabatda ekstremal hava hadisələrinin Avropada artan təsirləri vurğulanır.

 

Qitə ölümcül isti dalğaları, dağıdıcı meşə yanğınları və dağıdıcı daşqınlarla üzləşib. Bu dövr ərzində 9400-dən çox ekstremal hava hadisəsi qeydə alınıb ki, bu da 1993-2022-ci illər arasında dünya üzrə 765.000-dən çox insanın ölümünə və təqribən 4,02 trilyon avroluq iqtisadi itkilərə səbəb olub.

 

Təkcə daşqınlar insan təsirinin yarısından çoxuna səbəb olub. Lakin 2,2 trilyon avro dəyərində ən böyük iqtisadi ziyana səbəb olan şiddətli fırtınalar oldu.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər