
İspaniya,
Fransa, Portuqaliya və İrlandiya kimi güclü Atlantik dalğaları olan Avropa ölkələri
dalğa enerjisi üçün ən böyük potensiala malikdir.
Yer səthinin
71%-ni əhatə edən okeanlar dünyanın ən qiymətli, lakin istifadə olunmamış bərpa
olunan mənbələrindən biridir.
Okean
dalğalarının enerjisi böyükdür və təmiz enerjiyə keçidə mühüm töhfə verə bilər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2050-ci ilə qədər
emissiyaları xalis sıfıra çatdırmaq üçün okean enerjisi istehsalı ildə 33%
artmalıdır.
Avropanın ən
böyük tədqiqat institutlarından biri olan SINTEF-in baş tədqiqatçısı José
Miguel Rodrigues deyir: “Dalğa və gelgit enerjisi mühüm, etibarlı və davamlı
enerji mənbəyi olmaq potensialına malikdir.
İqlim Dəyişikliyi
üzrə Hökumətlərarası Panel (IPCC) dalğa enerjisinin ildə 29,500 TWh-a qədər
istehsal edə biləcəyini təxmin edir. Bu, Avropanın ümumi illik elektrik
istehlakından demək olar ki, on dəfə çoxdur və 2018-ci ildə dünyanın illik
elektrik enerjisi istehsalından çoxdur.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az