
Cəmiyyət
12:24, 23 May 2025
RATP - RATP bu məsələyə çox ciddi yanaşır. Paris bölgəsinin nəqliyyat
idarəsindən bir avtobus sürücüsü sərnişini geri çevirdikdən sonra intizam
məsuliyyətinə cəlb olunacaq.
O, son günlərdə sosial mediada yayımlanan viral videoda paltarının
çox qısa olduğu üçün avtobusa minməsinə mane olduğunu iddia edir.
"TikTok-da yayılan, bir sürücünün tamamilə yersiz şərhlər
verdiyi bir videodan xəbərdar olan" RATP, mayın 20-də çərşənbə axşamı günü
"daxili araşdırma" açdığını və "faktları etiraf edən"
sürücünü müəyyən etdiyini açıqladı.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az