Aİ komissarı sabah Azərbaycana gəlir

Aİ komissarı sabah Azərbaycana gəlir
Siyasət 17 Sentyabr 2025 - 18:00

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sabah Azərbaycana səfər edəcək.

Zekainfo.az xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında yer alıb.

Bildirilib ki, Kos səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, XİN rəhbəri Ceyhun Bayramov, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovla yüksəksəviyyəli görüşlər keçirəcək.

Bununla yanaşı, Aİ komissarı Ağdamda da səfərdə olacaq.

M.Kos Azərbaycandan sonra Ermənistana yollanacaq.

reklamlar

Digər xəbərlər