 
            
                Mədəniyyət
                12:41, 21 Oktyabr 2025
            
         
    Azərbaycanın Xalq artisti Elmira Allahverdi qızı Rəhimova Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Zekainfo.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq müvafiq müalicə üsulu təyin edilib.
"Stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq", - məlumatda vurğulanıb.
 
    
 
             
             
             
             
            