"Son 4 ildə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasında orta balımız 410 baldan 490 bala və 7 ali təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına keçid balı 500 baldan daha çox olub. Son ildə 411 nəfər abituriyent 500 baldan çox toplyaraq Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasını seçib ki, bu bizə gələcəyə ümidli baxmağa imkan verir".
Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Bizə il ərzində 200-250 yeni Azərbaycan dili və ədəbiyyat müəllimi lazımdır. Bu nöqteyi-nəzərdən biz müəllimliyə sayları müəyyən mənada azaldıb, balların artırılmasına diqqət edirik", - deyə nazir bildirib.