Prezidentimiz orta və ali təhsilini rus dilində almasına baxmayaraq, Azərbaycan dilində yüksək səviyyədə danışır.
Zekainfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dili qorumaq rolunda yazıçıların təsiri çoxdur:
"Əsrlər boyu dilimizin mühafizəsində Şah İsmayılın əhəmiyyəti böyük olub. 19-cu əsrdə Mirzə Fətəli Axundzadə 6 komediyasını ana dilimizdə yazıb, 20-ci əsrdə Cəlil Məmmədquluzadə "Anamın kitabı"nı yazmaqla xalqımızın öz dilində oxumasına dəstək olub".
Yazıçı diqqətə çatdırıb ki, sovet dövründə Səməd Vurğun və Mirzə İbrahimov Azərbaycan dilinin təşviqi üçün çalışıblar.